”Qalatasaray”, “Sivasspor” və “Trabzonspor” Türkiyə kubokunun 1/4 finalına yüksəlib

”Qalatasaray”, “Sivasspor” və “Trabzonspor” Türkiyə kubokunun 1/4 finalına yüksəlib

Yanvarın 23-də Türkiyə kubokunun səkkizdəbir final mərhələsinin cavab oyunları keçirilib.

AZƏRTAC xəbər verir ki, üçüncü cavab oyunları günündə üç görüş keçirilib. “Qalatasaray” doğma meydanda “Rizəspor”u 2:1 hesabı ilə məğlub edib. Qeyd edək ki, komandalar ilk oyunda 1:1 hesabı ilə bərabərə qalıb. “Sivasspor” isə səfərdə “Yeni Malatyaspor”a 2:1 ilə uduzmasına baxmayaraq birinci oyunda 4:0 qalib gələn Sivas təmsilçiləri növbəti mərhələyə vəsiqə qazanıblar. “Dənizlispor”-“Trabzonspor” oyununda isə meydan sahibləri 2:0 hesabı ilə qalib gəliblər. Birinci görüşdə iki cavabsız qolla qalib gələn Trabzon klubu onbirmetrlik cərimə zərbələrində qalib gələrək dörddəbir finala vəsiqəni əldə edib.

Beləliklə, “Qalatasaray”, “Sivasspor” və “Trabzonspor” Türkiyə kubokunun dörddəbir finalına yüksəlib.

REAL

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə