Stoltenberq: “Türkiyə NATO-nun əhəmiyyətli müttəfiqidir“

Stoltenberq: “Türkiyə NATO-nun əhəmiyyətli müttəfiqidir“

“Türkiyə NATO-nun əhəmiyyətli müttəfiqidir“

“Report” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu sözləri Davosda keçirilən Ümumdünya İqtisadi Forumunda NATO-nun baş katibi Yens Stoltenberq deyib.

"Biz Şimali Atlantika Alyansının fəaliyyətində Türkiyənin iştirakının əhəmiyyətini dərk etməliyik", - Stoltenberq deyib. NATO baş katibi xatırladıb ki, alyans Suriya və İraqla həmsərhəd olan Türkiyənin imkanlarından və bazalarından istifadə edir.

Baş katibin sözlərinə görə, Rusiyanın S-400 raketləri məsələsi problemlərdən biri kimi qalmaqda davam edir. NATO bunu həll etməlidir.

Stoltenberq alyans rəhbərliyinin ZRK S-400-lərin Türkiyəyə çatdırılması müqaviləsi üzrə ziddiyyətlərin aradan qaldırmasına töhfə verməyə hazır olduğunu vurğulayıb. Onun sözlərinə görə, NATO nümayəndələri bu məsələni Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və ABŞ-ın dövlət başçısı Donald Trampla müzakirə ediblər. 

REAL

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə