"Atletiko" üçüncü divizion klubuna uduzaraq İspaniya Kubokunu tərk edib

İspaniya kubokunun 1/16 final matçı başa çatıb.

“Report” xəbər verir ki, üçüncü divizionun klubu "Kultural Leonesa" Madrid "Atletiko”suna qalib gəlib.

Görüş "Munisipial Reyno de Leon” stadionunda keçirilib və meydan sahiblərinin əlavə vaxtda 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Matçın əsas vaxtı 1:1 hesabı ilə başa çatıb. "Atletiko"nun hücumçusu Anxel Korreanın qoluna "Kultural"dan Xulen Kastaneda dəqiq zərbə ilə cavab verib. Meydan sahbilərinə qələbəni əlavə vaxtda Serxio Benito qazandırıb.

Paralel matçda “Rayo Valekano” penalti seriyasında "Betis"ə (2:2, 4:2) udub. "Eybar" "Badaxos"a (1:3) uduzub, "Leqanes" "Ebro”ya qalib gəlib.

REAL

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə