Bakı polisi əməliyyat keçirib, saxlanılanlar var

Bakı polisi əməliyyat keçirib, saxlanılanlar var

Bakı şəhər sakinlərindən külli miqdarda narkotik vasitə götürülüb.

“Report”un xəbərinə görə, Yasamal Rayon Polis İdarəsinin (RPİ) 26-cı Polis Bölməsi (PB) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində paytaxt sakini, 1993-cü il təvəllüdlü Nurlan Qurbanov saxlanılıb.

Onun üzərinə baxış keçirilən zaman 1,145 qram heroin aşkar olunaraq götürülüb.

Bundan başqa, Xətai RPİ-nin 37-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini, 1991-ci il təvəllüdlü Orxan Ağababayevdən 4,375 qram tiryək, Nəsimi RPİ-nin 19-cu PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini, 1987-ci il təvəllüdlü, əvvəllər məhkum olunmuş Ramal Məmmədovdan 1,652 marixuana, 376 qram heroin və 908 qram metamfetamin aşkar olunaraq götürülüb.

Araşdırmalar aparılır.

REAL

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə