Vladimir Putin öz köməkçilərini təyin etdi

Vladimir Putin öz köməkçilərini təyin etdi

Rusiya prezidenti Vladimir Putin Vladimir Medinski və Maksim Oreşkini öz köməkçiləri təyin edib. 

Bununla bağlı sərəncamlar rəsmi məlumatların internet portalında yayımlanıb.

Bundan əvvəl Vladimir Medinski Mədəniyyət Nazirliyinə, Maksim Oreşkin isə İqtisadi İnkişaf Nazirliyinə rəhbərlik edib.

Onların Dövlət başçısının administrasiyasında hansı sahələrə nəzarət edəcəkləri barədə hələ məlumat verilməyib. Eyni zamanda, prezidentin mədəniyyət sahəsi üzrə köməkçisi Vladimir Tolstoy RİA Novosti-yə verdiyi açıqlamada, vəzifəsində qaldığını bildirib.

V. Putinin digər fərmanı ilə baş nazirin sabiq müavini Dmitri Kozak Rusiya Prezidenti Administrasiyası rəhbərinin müavini vəzifəsinə təyinat alıb.

REAL

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə