Qaxda yol qəzası olub, iki nəfər xəsarət alıb - FOTO

Qaxda yol qəzası olub, iki nəfər xəsarət alıb - FOTO

Qaxda yol-nəqliyyat hadisəsi baş verib.

"Report" un Şimal-qərb bürosunun məlumata görə, hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb. 

Belə ki, "Opel" və "VAZ" markalı avtomobillər yolda hərəkətdə olan zaman toqquşub. Nəticədə "VAZ" markalı avtomobildə olan sərnişinlər - rayonun Tasmalı kənd sakini, 1954-cü il təvəllüdlü Kərimova Çimnaz Nəzir qızı və Lələpaşa kənd sakini, 1991-ci il təvəllüdlü Əzizxanov Ruhi Telman oğlu xəsarət alıb. 

Yaralılar Qax Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

REAL

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə