Azərbaycan-Fransa işgüzar görüşü - VİDEO

Azərbaycan-Fransa işgüzar görüşü - VİDEO
Fransadan daxil olan məhsullar ümumi idxalın 2.1%-ni təşkil edib

Azərbaycan-Fransa Ticarət və Sənaye Palatası "Azərbaycanda inklüziv və dayanıqlı iqtisadi artım üçün imkanların yaradılması" mövzusunda aylıq işgüzar görüş keçirdi.

Tədbirdə çıxış edən İqtisadi İslahatların Təhlili Mərkəzinin İcraçı Direktoru Vüsal Qasımlı Azərbaycanın Fransanın Cənubi Qafqaz regionu üzrə əsas ticarət tərəftaşı olduğunu diqqətə çatdırdı. O bildirdi ki, 2019-cu ildə Azərbaycandan ixracın 3%-i Fransaya həyata keçirilib. Fransadan daxil olunmuş məhsullar isə ümumi idxalın 2.1%-ni təşkil edir.

İşgüzar görüş sual-cavab sessiyası ilə davam edib. Qeyd edək ki, Azərbaycan-Fransa Ticarət və Sənaye Palatası 2016-cı ildən fəaliyyət göstərir və əsas məqsədi Azərbaycan və Fransa arasında qarşılıqlı iqtisadi və dostluq münasibətlərini inkişaf etdirməkdir.

Digər xəbərlər
Bu gün
Dünən