Gənclər və İdman nazirinin müavini İntiqam Babayev Astarada vətəndaşları qəbul edib - FOTO

Gənclər və İdman nazirinin müavini İntiqam Babayev Astarada vətəndaşları qəbul edib - FOTO

  24 yanvar 2020-ci il tarixində Astara şəhərində Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikası Gənclər və İdman nazirinin müavini İntiqam Babayev Astara rayonundan olan vətəndaşları qəbul edib.

REAL  Gənclər və İdman Nazirliyinin saytına istinadən xəbər verir ki, qəbulda olan vətəndaşlar işlə təminat, idman avadanlıqlarının və fəxri adların verilməsi ilə müraciətlər ediblər.

Müraciətlərin bir qismi yerindəcə həll edilmiş,bir qismi baxılması üçün icraya yönəldilmiş, nazirliyin səlahiyyətinə aid olmayan müraciətlər qeydə alınaraq aidiyyəti üzrə göndəriləcəyi bildirilmişdir.

Vətəndaşların qəbulu başa çatdıqdan sonra Gənclər və İdman nazirinin müavini İntiqam Babayev Astara Gənclər Evində olaraq müəssisənin fəaliyyətinə baxış keçirmiş, problem və çətinliklərlə maraqlanmış və burada yerləşən "Bayraq

Muzeyinin" eksponatları ilə tanış olub.

Yekunda Gənclər və İdman nazirinin müavini İntiqam Babayev Astara Olimpiya İdman Kompleksində olmuş və idman müəssisəsinin fəaliyyəti ilə tanış olub.

Digər xəbərlər
Bu gün
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə