“Keşlə” və “Neftçi” komandaları yoxlama oyunlarını qələbəsiz başa vurublar

“Keşlə” və “Neftçi” komandaları yoxlama oyunlarını qələbəsiz başa vurublar

Bakının “Neftçi” və “Keşlə” komandaları Antalyada sonuncu yoxlama oyunu keçiriblər.

AZƏRTAC xəbər verir ki, günün ilk matçında “Keşlə” Slovakiyanın “Zemplin” komandası ilə qarşılaşıb. Tərlan Əhmədovun yetirmələri görüşdə 1:1 hesabı ilə heç-heçə ediblər. “Keşlə”nin qolunu 8-ci dəqiqədə yeni transfer Aleksandr Kristavao vurub.

Digər paytaxt təmsilçisi “Neftçi” isə Ukraynanın “Desna” klubu ilə üz-üzə gəlib. “Ağ-qaralar” gərgin keçən matçda 1:2 hesabı ilə uduzub. “Neftçi”nin qolunu 66-cı dəqiqədə Stiven Monroz vurub. “Desna” isə 38 və 45-ci dəqiqələrdə fərqlənib.

Xatırladaq ki, “Neftçi” əvvəlki hər iki yoxlama oyununda məğlub olub. Paytaxt təmsilçisi ilk matçda Polşanın “LSK Lodz” komandasına 0:4, ikinci görüşündə isə Ukraynanın “Dinamo Kiyev” klubuna 1:2 hesabı ilə məğlub olub. “Keşlə” ilk oyunda Almaniyanın aşağı liqa klubu “Zvikau”ya 1:4, ikinci matçda isə Rusiyanın “Arsenal” komandasına 1:2 hesabı ilə uduzub.

REAL

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə