Subay, amma evli

Subay, amma evli
 Vətəndaş nikahı rəsmi nikahla eyniləşdirilə bilər

Qadın və kişinin bir dam altında vətəndaş nikahında birgəyaşayışı rəsmi nikahla eyniləşdirilə bilər. Belə olarsa sevən cütlüklər VVAQ şöbəsinə getmədən, Mendelson marşının sədalarını duymadan, toy xərci çəkmədən evli cütlüklərlə eyni imtiyazları paylaşan şəxslər ola biləcəklər.

Rusiyalı senator Anton Belyakov Dövlət Dumasına bununla bağlı qanun layihəsi təqdim edib. Belyakovun təklifinə görə, azı beş il bir dam altında yaşayan və ya artıq övlad sahibi olan iki illik birgəyaşayış stajına malik cütlüklər qanuni ər-arvad sayıla biləcəklər. “Pasportda möhür olmasa belə, “könüllü ailə” dağılarsa tərəflər əmlakı yarı bölməlidirlər. Qadın və kişi müqavilə bağlamasa onların adına olan bütün əmlak onların birgə mülkiyyəti sayılacaq. Faktiki nikah münasibətlərində olan şəxslərə də rəsmi nikah bağlamağa hazırlaşan şəxslərlə eyni tələblər irəli sürüləcək: onlar nikah yaşında olmalı, başqa nikahları olmamalı və yaxın qohum olmamalıdırlar”, - deyə qanun layihəsində bildirilir.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər