XİN: Azərbaycan Türkiyə ilə birlikdədir və hər cür yardım göstərməyə hazırdır

XİN: Azərbaycan Türkiyə ilə birlikdədir və hər cür yardım göstərməyə hazırdır

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Türkiyəyə başsağlığı verib.

Bu barədə XİN-in rəsmi "Twitter" səhifəsində məlumat yer alıb.

“Qardaş Türkiyədə baş vermiş zəlzələdə həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir və yaralılara Allahdan şəfa diləyirik. Azərbaycan qardaş Türkiyə xalqının kədərini bölüşür, hər zaman onunla birlikdədir və hər cür yardım göstərməyə hazırdır”, - deyə qeyd olunub.

Türkiyənin Malatya və Elazığ əyalətlərində baş verən güclü zəlzələ nəticəsində 21 nəfər ölüb, 1030 nəfər xəsarət alıb.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə