Bakıda VI Azərbaycan Beynəlxalq Arıçılıq Konfransı keçirilir

Bakıda VI Azərbaycan Beynəlxalq Arıçılıq Konfransı keçirilir

Bu gün Bakıda VI Azərbaycan Beynəlxalq Arıçılıq Konfransı öz işinə başlayıb. Konfrans sabah da davam edəcək.

Azərbaycan Arıçılar Assosiasiyasından (AAA) verilən məlumata görə, builki konfransda Azərbaycan, Türkiyə, Qazaxıstan, Belarus Respublikası, Rusiya, Ukrayna və başqa ölkələrdən peşəkar arıçılar, elm və iş adamları təlimlər verir, master klas proqramları həyata keçirirlər.Peşakar Arıçılar Birliyi olaraq həm Azərbaycan, həm də yaxın coğrafiyalardan olan arıçıların iştirakı ilə fərqli mədəniyyətlərdən olan böyük bir ailə bir yerə toplanıb.

İki gün davam edəcək konfrans müddətində 20-dən çox şirkətin yer alacağı sərgidə Azərbaycan, Çin, Pakistan, Rusiya, Türkiyə və s. kimi fərqli ölkələrdən olan istehsalçılar iştirak edəcək, hər biri öz məhsullarını bölgənin arıçısı ilə tanış edəcək.

VI Azərbaycan Beynəlxalq Arıçılıq Konfransının rəsmi hissəsi ilə yanaşı “bal yarışması”, qala gecəsi, mükafatlandırma mərasimləri keçiriləcək. Yanvarın 28-də isə qonaqların Bakı şəhəri gəzintisi olacaq.

Qeyd edək ki, 6 ildir ardıcıl keçirilən konfrans arıçılıq sahəsində Qafqazda keçirilən ən böyük konfransdır.

REAL

Digər xəbərlər
Bu gün
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə