Hava şəraiti mülayimləşəcək - VİDEO

Hava şəraiti mülayimləşəcək - VİDEO
Ölkə ərazisində temperaturun yüksələcəyi planlaşdırılır

Baş Hidroloq Asif Verdiyev hava haqqında məlumatları çatdırır.

"Yanvarın 24-ü gündüz saatlarından 25-i səhərədək ölkə ərazisində yağıntılı hava şəraiti davam edib. Sulu qar və qar yağıb. Eyni zamanda havanın minimal temperatiri Bakıda və Abşeron yarımadasında 0 dərəcəyə yaxın, dağlıq ərazilərdə 7-12 dərəcə şaxta, yüksək dağlıq ərazilərdə isə 16-19 dərəcə şaxta qeydə alınıb. Quba-Qusar rayonunun dağlıq ərazilərində qar örtüyünün hündürlüyü 4-10 sm, Lənkəran-Astara bölgəsində, Yardımlıda 1 sm, Lerikdə qar örtüyünün hündürlüyü 15 sm, eyni zamnda Naxçıvan Muxtar Respublikasının Ordubad və Şahbuz rayonları ərazisində 1-2 sm, yüksək dağlıq ərazilərində isə hal-hazırda da 30 sm qar örtüyü mövcuddur. Qax rayonunun Sarıbaş ərazisində də qar örtüyünün hündürlüyü 6 sm təşkil edir", deyə Baş Hidroloq bildirib.

Onun sözlərinə görə bu gün, yanvar ayının 25-dən başlayaraq ölkə ərazisində mülayim və yağmursuz hava şəraiti müşahidə ediləcək:

"Bölgələrimizdə də əsasən yağmursuz hava şəraiti müşahidə olunacaq. Mülayim qərb küləyi əsəcək. Gecə və səhər saatlarında duman müşahidə olunacaq". 

Digər xəbərlər
Bu gün
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə