3 nazirdən zəlzələ ilə bağlı AÇIQLAMA

3 nazirdən zəlzələ ilə bağlı AÇIQLAMA

Türkiyənin Daxili İşlər naziri Süleyman Soylu, Ətraf və Şəhərsalma üzrə naziri Murad Kurum və Səhiyyə naziri Fəxrəddin Qoca Elazığın Sivricə mahalında baş verən 6.8 bal gücündə olan zəlzələ ilə bağlı Valilikdəki koordinasiya mərkəzində mətbuat konfransı təşkil edib.

Türkiyənin Daxili İşlər naziri Süleyman Soylu Elazığda 18, Malatyada 4 vətəndaşın öldüyünü açıqlayıb.

Nazir 39 nəfərin dağıntılar altından sağ çıxarıldığının bildirib:"Malatyanın Doğanyol bölgəsində heç kim dağıntılar altında qalayıb".

Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca "Vəziyyəti kritik olan yaralımız yoxdur" deyib: "Deyə bilərəm ki reanimasiyada müalicəsini davam etdirən xəstələrdən vəziyyəti ağır olan xəstələr yoxdur. Gecə ərzində müdaxilə edilən və əməliyyat olunan 8 xəstəmiz var idi. Zəlzılə ilə bağlı 317 təcili yardım maşını cəlb olunub. Əlavə heyətimizin sayı 1572-ə çatıb". 

Ətraf və Şəhərsalma naziri Murad Kurum bildirib ki, 184 qrupla dəyən ziyan araşdırılır: "Elazığda 5 bina çöküb. Hazırda bölgəmizdə kanalizasiya, çirkab su və içməli su ilə əlaqədar infrastruktur problemi yoxdur".

REAL

Digər xəbərlər
Bu gün
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə