Azərbaycan cüdoçular Qran-Prini medalsız başa vurublar

Azərbaycan cüdoçular Qran-Prini medalsız başa vurublar

Azərbaycan cüdoçuları İsrailin paytaxtı Təl-Əvivdə keçirilən Qran-Pri turnirini medalsız başa vurub.

"Report"un məlumatına görə, yarışın üçüncü günündə Rüfət İsmayılov (90 kq), Aslan Mirzəyev (100) və Şahin Qəhrəmanov (100+) mübarizəyə qoşulub. İsmayılov və Qəhrəmanov ilk görüşdə məğlub olublar. Aslan Mirzəyev isə belaruslu Mikita Svirydə qalib gəlsə də, kanadalı Kyle Reyesin müqavimətini qıra bilməyib.

Qeyd edək ki, ilk yarış günündə Azərbaycanın 9, ikinci gündə isə 2 təmsilçisi yarışı medalsız bitirib. 

REAL

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə