AŞPA-nın qış sessiyasında 20 yanvar qırğınına həsr olunan tədbir keçiriləcək

AŞPA-nın qış sessiyasında 20 yanvar qırğınına həsr olunan tədbir keçiriləcək

Yanvarın 27-dən 31-dək Fransanın Strasburq şəhərində Avropa Şurası Parlament Assambleyasının qış sessiyası keçiriləcək.

Milli Məclisin Mətbuat xidmətindən verilən məlumata görə, sessiyada parlamentin AŞPA-dakı daimi nümayəndə heyətinin rəhbəri, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidovun başçılıq etdiyi nümayəndə heyəti iştirak edəcək.

Nümayəndə heyətinə deputatlardan Sevinc Fətəliyeva, Sahibə Qafarova, Rafael Hüseynov, Asim Mollazadə, Sabir Hacıyev və Naqif Həmzəyev daxildirlər.

Sessiyada Büronun və Daimi Komitənin görülmüş işlərə dair hesabatı dinləniləcək, Belarusda keçirilmiş parlament seçkilərinin nəticələri, Polşada demokratik institutuların fəaliyyəti, Avropada jurnalistlərin təhlükəsizliyi və media azadlığı və digər mövzularda müzakirələr aparılacaq.

Müzakirələrdə deputatlarımız çıxış edəcək, gündəlikdəki məsələlərə münasibət bildirəcəklər.

Sessiya çərçivəsində yanvarın 28-də Azərbaycan nümayəndə heyətinin təşkilatçılığı ilə 20 yanvar faciəsinin 30-cu ildönümünə həsr olunmuş tədbir də keçiriləcək.

REAL

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə