Bakıda tanışının evini talayan şəxslər saxlanılıb

Bakıda tanışının evini talayan şəxslər saxlanılıb

Bakıda tanışının evini talayan şəxslər saxlanılıb. 

Daxili İşlər Nazirliyindən "Report"a verilən məlumata görə, Səbail Rayon Polis İdərisinin 8-ci Polis Bölməsinə müraciət edən Bakı şəhər sakini Ə.Səfərov yanvarın 14-də yaşadığı evə gəlmiş 2 nəfər tanışının açıq talama yolu ilə oradan 218 manat pul aparmalarını bildirib.

Müraciətlə əlaqədar polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini V.Həziyev və Beyləqan rayon sakini, əvvəllər məhkum olunmuş Y.Məmmədov müəyyən edilərək saxlanılıblar. Onlar törətdikləri cinayət əməlini etiraf ediblər.

REAL

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə