Türkiyə prezidenti zəlzələ bölgəsində - YENİLƏNİB

Türkiyə prezidenti zəlzələ bölgəsində - YENİLƏNİB

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan axtarış və xilasetmə işlərinin davam etdiyi zəlzələ bölgəsində araşdırmalar aparmaq üçün Elazığa gedib.

Prezident Ərdoğandan başqa Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop və prezidentin köməkçisi Fuad Oktay da var. Prezident Ərdoğanın təyyarəsi Elazığa enib.

REAL

***

16:15

Türkiyə prezidenti zəlzələ bölgəsinə gedir

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Elazığda baş verən 6,8 bal gücündə zəlzələ ilə bağlı sosial media hesabından paylaşım edib.

Paylaşımda deyilir:

"Elazığda baş verən və bir çox vilayətdə hiss edilən zəlzələdə vətəndaşlarımızın həyati təhlükəsizliyini təmin etmək üçün əlaqədar qurumlarımız bütün lazımi tədbirləri görür. Ətraf Mühit və Şəhərsalma, Daxili İşlər və Səhiyyə Nazirlərini bölgəyə göndərdik. Türkiyə prezidenti olaraq vəziyyəti yaxından təqib etiğimizin bilinməsini istəyirəm. Biz bütün qurum və təşkilatlarla, xüsusən Təbii Fəlakətlər və Fövqəladə Vəziyyətlər İdarəsi (AFAD), Qızılaypara və Silahlı Qüvvələrimizlə millətimizin yanındayıq. Zəlzələdə həyatını itirən qardaşlarımıza Allahdan rəhmət, yaralılaraşəfa diləyirəm".

Prezident Ərdoğanın İstanbuldakı proqramını ləğv etdiyi və zəlzələ bölgəsinə gedəcəyi bildirilib.

 

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə