Balakəndə iki azyaşlı qaynar suda yanıb

Balakəndə iki azyaşlı qaynar suda yanıb

Balakəndə iki azyaşlı qaynar suda yanıb.

APA-nın şimal-qərb bürosunun məlumatına görə, yanvarın 24-ü axşam saatlarında rayonun Meşəşanbul kənd sakini, 2017-ci il təvəllüdlü Fatimə Sədrəddin qızı Koxayeva və Püştətala kənd sakini, 2017-ci il təvəllüdlü Şamil Musa oğlu Dikanayev yanıq xəsarətləri ilə Balakən Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Müayinə zamanı hər iki azyaşlının öz yaşadıqları ünvanda qaynaq su olan qazana yıxılaraq yanıq xəsarətləri aldığı məlum olub.

F. Koxayevaya 1-2 dərəcəli termiki yanıq xəsarəti diaqnozu qoyulub, onun müalicəsi xəstəxananın cərrahiyyə şöbəsində aparılır.

Ş. Dikanayev isə 2-3 A dərəcəli termiki yanıq xəsarəti diaqnozu ilə xəstəxananın reanimasiya şöbəsində müalicə alır.

Faktla bağlı araşdırma aparılır.

REAL

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə