Çində koronavirusa yoluxanların sayı 1975, ölənlərin sayı isə 56 nəfərə çatıb - YENİLƏNİB

Çində koronavirusa yoluxanların sayı 1975, ölənlərin sayı isə 56 nəfərə çatıb - YENİLƏNİB

Çində koronavirusdan ölənlərin sayı 56 nəfərə çatıb.

REAL "TASS" informasiya agentliyinə istinadən məlumat verir ki, 1975 nəfərdə bu virusa yoluxma halı aşkarlanıb. Onlardan 56 nəfəri ölüb, 324 nəfərin vəziyyəti isə ağır hesab edilir.

Bundan əvvəl koronavirusa yoluxanların sayı 1743 nəfər, ölənlərin sayı isə 54 nəfər olduğu bildirilirdi.

***19:25

Çinin müxtəlif ərazilərində koronavirusa yoluxanların sayı artıb.

REAL xəbər verir ki, bu barədə yerli hakimiyyətə istinadən Çinin Mərkəzi televiziyası bildirib.

Məlumata görə, koronavirusa yoluxanların sayı 1372 nəfərə çatıb.

Telekanalın məlumatına görə, hazırda Çində 1372 nəfərdə pnevmaniyanın yeni növü qeydə alınıb. Onlardan 41-i ölüb, daha 39 nəfər sağalıb və xəstəxanalardan buraxılıb.

Daha əvvəl 1287 nəfərin xəstəliyə yoluxduğu bildirilirdi.

REAL

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə