"Qarabağ" Çexiya və Polşa komandalarına uduzub

"Qarabağ" komandası Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışı çərçivəsində bu gün keçirdiyi ikinci yoxlama oyunundan da məğlub ayrılıb.

"Report"un məlumatına görə, Qurban Qurbanovun baş məşqçi olduğu kollektiv bu dəfə Polşanın "Visla" (Plok) klubu ilə qarşılaşmada uduzub - 2:3. Azərbaycan təmsilçisi iki dəfə hesabda önə keçib. 18-ci dəqiqədə Mahir Emreli penalti ilə hesabı açıb. 52-ci dəqiqədə isə Xayme Romero fərqlənib. Lakin rəqib hər iki halda hesabı bərabərləşdirib və oyunun sonlarında qələbə topuna imza atıb.

Ağdam komandası bu gün Çexiya "Siqma"sına da uduzmuşdu - 1:3.

Beləliklə, "Qarabağ" Antalya toplanışını 1 qələbə, 2 məğlubiyyət və 1 heç-heçə ilə tərk edib. Əvvəlki matçlarında Rumıniyanın "Akademika Klinçeni" klubu ilə 2:2 hesablı heç-heçə etmiş Azərbaycan komandası Qazaxıstan təmsilçisi "Jetisu"nu minimal hesabla üstələyib - 1:0. 

REAL

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə