"Qəbələ" Rumıniya klubu ilə yoxlama oyununda qələbəni əldən verib

"Qəbələ" komandası Türkiyənin Antalya bölgəsindəki təlim-məşq toplanışında son yoxlama oyununu keçirib.

"Report"un məlumatına görə, rəqib Rumıniya "Konkordiya"sı olub. Görüş 2:2 hesablı heç-heçə ilə yekunlaşıb.

"Qırmızı-qaralar" hesabda iki dəfə önə keçsələr də, qələbəni qoruya bilməyiblər. Azərbaycan təmsilçisinin qollarını 21-ci dəqiqədə Asif Məmmədov və 52-ci dəqiqədə Amin Seydiyev vurub.

Beləliklə, Elmar Baxşıyevin baş məşqçi olduğu kollektiv Antalyanı 1 qələbə, 2 heç-heçə, 1 məğlubiyyətlə tərk edir. İlk matçda Macarıstanın MTK klubuna 0:3 hesabı ilə uduzan "Qəbələ" ardından Rusiya təmsilçisi "Çayka"nı 3 cavabsız qolla üstələyib. "Qırmızı-qaralar" daha sonra Bolqarıstan "Etar"ı ilə qolsuz bərabərə qalıb.

Bununla da Azərbaycan klublarının Türkiyədəki təlim-məşq toplanışı başa çatıb. Komandaları gələn həftəsonu Premyer Liqanın XV turu gözləyir.

REAL

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə