Türkiyədə zəlzələdə həlak olanların sayı 31 nəfərə çatıb - YENİLƏNİB

Türkiyədə zəlzələdə həlak olanların sayı 31 nəfərə çatıb - YENİLƏNİB

Türkiyədə 6,8 bal gücündə baş vermiş zəlzələ nəticəsində 31 nəfərin həyatını itirdiyi bildirilir.

REAL Türkiyə kütləvi informasiya vasitələrinə istinadən xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Hallar Agentliyi məlumat verib.

Daha əvvəl zəlzələ nəticəsində həlak olanların sayı 29, yaralananların sayı isə 1466 nəfər olduğu bildirilirdi.

 

***

21:40

 

Türkiyənin şərqində baş vermiş zəlzələ nəticəsində azı 29 nəfər həlak olub, daha 1466 nəfər yaralanıb.

REAL xəbər verir ki, bu barədə TRT telekanalı Türkiyənin Fövqəladə Vəziyyətlər və Təbii Fəlakətlər üzrə İdarəsinə istinadən məlumat yayıb.

Telekanalın məlumatına görə, xilasedicilər dağılmış evlərin uçqunları altından azı 43 nəfəri xilas ediblər.

Daha əvvəl təbii hadisə nəticəsində 22 nəfərin həlak olduğu, 1243 nəfərin xəsarət aldığı bildirilirdi. 

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə