”Qarabağ” sonuncu yoxlama oyunununda məğlub olub

”Qarabağ” sonuncu yoxlama oyunununda məğlub olub

Antalyada qış təlim-məşq toplanışında olan Ağdamın “Qarabağ” komandası yanvarın 25-də sonuncu yoxlama oyununu keçirib.

AZƏRTAC xəbər verir ki, komandamız Polşanın “Visla Plok” klubu ilə qarşılaşıb. Qarşılıqlı hücumlarla keçən ilk hissədə qapılara iki qol vurulub. On səkkizinci dəqiqədə Mahir Emreli penalti zərbəsindən hesabı açıb. Birinci hissənin son dəqiqəsində isə rəqib hesabı bərabərləşdirib.

İkinci hissəyə sürətli başlayan komandamız 56-cı dəqiqədə ikinci qolu vurub. Bu dəfə Xayme Romero fərqlənib. Rəqib beş dəqiqə sonra yenidən hesabı bərabərləşdirib. Matçın 86-cı dəqiqəsində isə “Visla” üçüncü qolu vurub və qarşılaşma rəqibin 3:2 hesablı qələbəsi ilə başa çatıb.

REAL

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə