Karateçimiz ən nüfuzlu liqa yarışının finalına çıxıb

Karateçimiz ən nüfuzlu liqa yarışının finalına çıxıb

Parisdə keçirilən Karate 1 Premyer Liqa turnirində İrina Zaretska finala çıxıb.

AZƏRTAC xəbər verir ki, Azərbaycan təmsilçisi norveçli Endrin Hilton, serbiyalı Andriana Vasoviç, çinli Qonq Li və yaponiyalı Kayo Someyanı məğlub edərək həlledici görüşə vəsiqə qazanıb. O, finalda misirli Feryal Abdelazezlə mübarizə aparacaq.

Komandamızın digər üzvü Rafiz Həsənov (67 kq) isə bürünc medal uğrunda yarışacaq. Üçüncü yer uğrunda döyüşdə idmançımızın rəqibi braziliyalı Vinisius Fiqueyradır.

Qeyd edək ki, Azərbaycanı kumite və kata yarışlarında 15 idmançı təmsil edir.

Dünya Karate Federasiyasının (WKF) ən nüfuzlu liqa yarışının Paris mərhələsini idarə edən referilər arasında beynəlxalq hakimlərimiz Cahangir Babayev və Vüqar Kərimov da yer alıblar.

Fransadakı turnirdə 92 ölkədən 703 karateçi mübarizə aparır. İdmançılar hər qələbəyə və medalların əyarına əsasən dünya reytinqi ilə yanaşı, Olimpiya reytinq xalları da qazanacaqlar.

Karate 1 Premyer Liqa turnirinə yanvarın 26-da yekun vurulacaq.

REAL

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə