BŞBPİ-dən sosial şəbəkələrdə yayılan iddialara CAVAB

BŞBPİ-dən sosial şəbəkələrdə yayılan iddialara CAVAB

Sosial şəbəkələrdə Binəqədi rayonunda yol polisinin dislokasiya yerindən kənarda xidmət aparması ilə bağlı yayılan iddialar araşdırılıb. 

Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev APA-ya bildirib ki, gecə saatlarında yol hərəkəti qaydalarının pozuntusu ilə müşaiyət olunan “Mercedes” markalı avtomobilə Binəqədi Dövlət Yol Polisi Şöbəsi əməkdaşları “saxla” işarəsi veriblər. 

Sürücü yol polisinin qanunu tələbinə əməl etməyib, rayonun Sulutəpə qəsəbəsi istiqamətində hərəkəti davam etdirib. Qanunvericiliyə uyğun olaraq, avtomobil saxlanılıb, sürücü E.İbrahimlinin sərxoş olması müəyyən edilib. O, İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə məsuliyyətə cəlb olunub, avtomobil mühafizə olunan duracağa qoyulub.

O da müəyyən olunub ki, sürücü məsuliyyətdən yayınmaq üçün məhəllə sakinlərini DYP əməkdaşları ilə mübahisəyə təhrik edib. DYP əməkdaşları qətiyyət göstərərək qanunvericiliyə uyğun olaraq öz vəzifələrini icra ediblər.

Qeyd edək ki, sosial şəbəkələrdə Bakının qəsəbə daxili küçələrindən birində DYP əməkdaşları ilə sakinlər arasındakı mübahisəni əks etdirən video görüntülər yayılıb. 

REAL

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə