Basketbolun “Qara mamba”sı 13 yaşlı qızı ilə öldü

Basketbolun “Qara mamba”sı 13 yaşlı qızı ilə öldü
K.Brayant helikoper qəzasında həlak oldu

İki qat Olimpiya çempionu, Amerika Milli Basketbol Liqasının beşqat qalib, amerikalı Kobe Brayant helikopter qəzasında həlak olub. Dünya basketbolunun əfsanələrindən olan 41 yaşlı Brayantın şəxsi helikopteri Los-Anceles yaxınlığında qəzaya uğrayıb.

Ölənlər arasında Kobenin böyük qızı - Janna-Mariya da olub. 13 yaşlı qızın cəsədini helikopterin qəzaya uğradığı yerdə tapıblar.

Bundan başqa, daha bir gənc idmançı və onun valideyninin həmin qəzada vəfat etdiyi bildirilir.

Xatırladaq ki, NBA tarixinin ən güclü basketbolçularından olmuş "Qara mamba" ləqəbli Kobe Brayant "Los Angeles Leykers" komandasında forma geyinib. O, Afina-2004 və London-2012 yay olimpiya oyunlarının, eləcə də Amerika çempionatının qalibi olub.

REAL

Digər xəbərlər
Bu gün
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə