Nazir: 2019-cu ildə 100-dən çox orta məktəb istifadəyə verilib - VİDEO, FOTO, YENİLƏNİB

Nazir: 2019-cu ildə 100-dən çox orta məktəb istifadəyə verilib - VİDEO, FOTO, YENİLƏNİB
Nazir 2019-cu ildə görülən işlər barədə məlumat verib

"Təhsil Nazirliyinin sifarişi ilə 2019-cu il də 84 məktəb yenidən qurulub və ya inşa edilib. Yeni tədris ilinin əvvəlinə qədər bir sıra yeni məktəblər də istifadəyə veriləcək".

Bunu Təhsil naziri Ceyhun Bayramov 2019-cu ilin yekunlarına dair keçirilən mətbuat konfransında bildirdi.

Nazir yeni formatda olacaq dərsliklərdən də danışdı. O bildirdi ki, yeni tədris ilində sınaqdan keçirilən bir sıra dərsliklər məktəblərdə tətbiq ediləcək.

Ceyhun Bayramov eyna zamanda qeyd etdi ki, ödənişsiz oxuyan tələbələrin sayı 1 il ərzində 66% artıb.

Təhsil naziri Ceyhun Bayramov həm əcnəbi, həm də azərbaycanlı tələbələr üçün önəmli olan tələbə yataqxanalarından da danışdı.

O bildirdi ki, Gəncə Dövlət Universitetinin kampus tipli 800 nəfərlik 3 binadan ibarət yataqxana kompleksi növbəti aylarda istifadəyə veriləcək. Sumqayıt Dövlət Universitetində isə 250 nəfərlik yataqxananın əsaslı təmirinə başlanılacaq.

Bakı Dövlət Universitetinin də 4470 nəfərlik yataqxanasında təmir işləri başa çatmaqdadır. Və bina yaxın zamanda tələbələrin istifadəsinə veriləcək.

 

***

11:11

Təhsil naziri Ceyhun Bayramov tədbirdə çıxış edir.

"2019-cu ildə 100-dən çox orta məktəb istifadəyə verildi. Bu istiqamətdə işlər yerinə yetirilib. 2010-ci ildə 2019-dan həmin həcmdə artıq işlər görülsün. 4500-ə yaxın məktəbimiz var. Məktəblərin 50 faizində şagirdlərin sayı 200-dən aşağıdır. Son 10 ildə şagird sayında artım müşahidə olunur. Xəzər rayonu Binə qəsəbəsində 1600 yerlik məktəb nəzərdə tutulub. Xırdalanda 1400 yerlik məktəb binası nəzərdə tutulub. Sumqayıt Şəhəri 1 nömrəli məktəbin tamamilə qurulması 2020-ci ilin 1-ci rübündə yekunlaşacaq". deyə nazir bildirib. 

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə