Çində təhsil alan 500 azərbaycanlı - VİDEO, YENİLƏNİB

Çində təhsil alan 500 azərbaycanlı - VİDEO, YENİLƏNİB
Çində virus yayılan bölgədə 7 azərbaycanlı tələbə təhsil alır

Hazırda Çində ümumilikdə 500-ə yaxın azərbaycanlı tələbə var ki, onların da 62-si dövlət xətti ilə təhsil alır.

Bunu Təhsil naziri Ceyhun Bayramov mətbuat konfransında bildirib.

"Koronavirusun yayıldığı bölgələrdə isə 7 tələbəmiz var. Təhsil Nazirliyi Xarici İşlər Nazirliyi və Çindəki Azərbaycan Səfirliyi ilə daim əlaqə saxlayır. Bizdə olan məlumata görə, 50-dən artıq ölkə vətəndaşlarını çıxartmaq üçün Çinə müraciət edib. Xarici İşlər Nazirliyindən əldə etdiyimiz məlumata əsasən, bu gün Çin Xarici İşlər Nazirliyində iclas olacaq. Ondan sonra Çin tərəfinin hansı addımları atmağı planlaşdırması ilə bağlı açıqlama olmalıdır. Bu açıqlama olduqdan sonra növbəti addımlar atılacaq. Bu məsələni diqqətdə saxlayırıq".

Təhsil naziri mətbuat konfransında həm də Türkiyədə zəlzələ bölgəsindən təhsil alan tələbələrin aqibətinə də münasibət bildirib.

Qeyd edib ki, Türkiyədə baş verən zəlzələ nəticəsində təhsil alan tələbələrimizlə bağlı məsələ dövlət başçısının xüsusi nəzarətindədir. 102 azərbaycanlı tələbə Türkiyədən avtobuslarla Naxçıvana, oradan da Bakıya gətirilib.

"Nümayəndə heyətimiz psixoloji yardım məqsədilə aeroportda onların qarşılanmasında iştirak edib. Sonrakı mərhələ ilə bağlı hansısa fasilə veriləcəyi müəyyən vaxtdan sonra bəlli olacaq. Eyni zamanda yenə də universitetlər tərəfindən təqdim olunan imkanlar, orada olan şərait, tələbələrin istəyi və seçimi ilə bağlı bir sıra məqamlar nəzərə alınmaqla növbəti addımlar atılacaq."
 

***

12:14

"Çindəki tələbələr nəzarətdə saxlanılır. Çində virus yayılan bögədə 7 tələbəmiz təhsil alır. Onlarla əlaqlərimiz var. Səfirliyimiz vasitəsilə əlaqə saxlanılır. 50-dən çox ölkə tələbələrin Çindən çıxaırılması ilə bağlı xəbərdarlıq ediblər. Çin XİN-də bununla bağlı iclas olacaq. Ondan sonra növbəti addımlara dair məlumat əldə etmək mümkün olacaq. Nazirlik olaraq bu məsələni diqqətdə saxlayırıq. 62 nəfər azərbaycanlı tələbə Çində dövlət xətti ilə təhsil alır. Ümumilikdə Çində 500 nəfər azərbaycanlı tələbə təhsil alır. Burada oxuyan çinli tələbələrlə bağlı problem yoxdur. Çünki Azərbaycanda virus təhlükəsi yoxdur", deyə Təhsil naziri Ceyhun Bayramov ilin yekunlarına dair mətbuat konfransında bildirib.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə