Nazir zəlzələ bölgəsindən qaytarılan tələbələrin aqibətinə aydınlıq gətirib

Nazir zəlzələ bölgəsindən qaytarılan tələbələrin aqibətinə aydınlıq gətirib

"Türkiyədə baş verən zəlzələ nəticəsində təhsil alan tələbələrimizlə bağlı məsələ dövlət başçısının xüsusi nəzarətinə götürülüb".

Bunu Təhsil naziri Ceyhun Bayramov ilin yekunlarına dair mətbuat konfransında bildirib.

"Zəlzələ bölgəsində təhsil alan 102 tələbənin Azərbaycan gətirilməsi prosesi başa çatıb. Tələbələr xəsarət almadan vətənə qayıdıb. Onlar hazırda tətildədir. Sonrakı mərhələ ilə bağlı vəziyyət necə olacaq, hansısa fasilə veriləcəkmi və s. müəyyən vaxtdan sonra buna dəqiq cavab veriləcək. Eyni zamanda yenə də universitetlər tərəfindən təqdim olunan imkanlar, orada olan şərait, tələbələrin istəyi və seçimi ilə bağlı bir sıra məqamlar nəzərə alınmaqla növbəti addımlar atılacaq", deyə Təhsil naziri Ceyhun Bayramov ilin yekunlarına dair mətbuat konfransında bildirib.

REAL

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə