Xəzər rayonunda yol asfaltlanıb - VİDEO

Xəzər rayonunda yol asfaltlanıb - VİDEO
Asfaltlanan ərazinin sahəsi 350 min kv. metrdir

Vətəndaşların gediş-gəlişində yaranan problemlərin aradan qaldırılması istiqamətində agentlik tərəfindən 2019-cu il ərzində Bakı şəhərinin Xəzər rayonunun Binə, Buzovna, Qala, Mərdəkan, Şağan, Şüvəlan, Türkan və Dübəndi qəsəbələrində 51 km uzunluğunda olan 27 küçə və yola asfalt-beton örtüyü döşənib.

Asfaltlanan ərazinin sahəsi 350 min kv.m-dən çoxdur.

Agentlik tərəfindən hazırda Xəzər rayonunun Binə, Buzovna, Qala, Mərdəkan, Şağan, Şüvəlan və Türkan qəsəbələri ərazisində ümumi uzunluğu 20 km-ə yaxın daxili küçə və yollarda da əsaslı təmir işləri həyata keçirilir.

Ümumilikdə təmir işlərinin əhatə etdiyi sahə 100 m in kv.m-dən çoxdur.

Bərpa işləri əsasən uzun müddət əsaslı şəkildə təmir olunmadan istismar olunan, torpaq əsaslı və çınqıl örtüklü küçə və yollarda aparılır.

Qeyd edək ki, sözügedən qəsəbələr üzrə təmirə ehtiyacı olan digər küçə və yollarda da təmir işlərinin aparılması nəzərdə tutulur.

REAL

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə