Çavuşoğlu və Lavrov arasında Suriya və İdlib mövzusunda telefon danışığı olub

Çavuşoğlu və Lavrov arasında Suriya və İdlib mövzusunda telefon danışığı olub

Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu ilə Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov arasında telefon söhbəti olub.

APA-nın yerli bürosunun Türkiyə Xarici İşlər Nazirliyinə istinadla verdiyi xəbərə görə, nazirlər arasında söhbətin mövzusu Suriya və İdlib olub.

Rusiyalı nazir həmkarına Türkiyədə baş verən güclü zəlzələdə həyatını itirənlərlə bağlı başsağlığını da çatdırıb.

Qeyd edək ki, dünən yerli media son 3 gündə 31 min suriyalı köçkünün Türkiyə sərhədlərinə yerləşməsilə bağlı məlumat yayıb. Köçün səbəbini media son günlər Əsəd rejiminin İdlibə hərbi hücumlarının artması ilə izah edib.

REAL

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər