Tofiq Musayev 2019-cu ildə MDB-də 10 ən güclü MMA döyüşçüsü arasında yer alıb

Tofiq Musayev 2019-cu ildə MDB-də 10 ən güclü MMA döyüşçüsü arasında yer alıb

“TurStat” idman və turizm portalı son ildə MDB məkanında ən yaxşı MMA döyüşçülərinin reytinqini təqdim edib. AZƏRTAC mənbəyə istinadla xəbər verir ki, reytinqdə MMA döyüşçülərinin çəki dərəcələri nəzərə alınmayıb.

“TurStat”ın məlumatına görə, qarışıq döyüş sənəti və ya MMA son illər MDB məkanında ən populyar idman növlərindən birinə çevrilir. İdmanın bu növünün auditoriyası genişlənərək on milyonlara azarkeşə çatıb.

2019-cu ildə MDB ölkələrində qarışıq döyüş sənəti üzrə 10 ən güclü idmançı sırasına Həbib Nurmaqomedov, Fyodor Yemelyanenko, Pyotr Yan, Albert Tumenov, Zabit Maqomedşaripov və Maqomed İsmayılov (Rusiya), Mahmud Muradov (Özbəkistan), Andrey Arlovski (Belarus), Jalqas Jumaqulov (Qazaxıstan), Tofiq Musayev (Azərbaycan) və Loyk Rəcəbov (Tacikistan) daxil olublar.

Tofiq Musayev 2019-cu il dekabrın 31-də RIZIN Qran-Prisində qalib gəlib.

Reytinq ötən il MDB məkanında ən yaxşı MMA döyüşçüsü mövzusunda qarışıq döyüş sənətisevərlərin internet sorğusunun yekunlarına əsasən tərtib edilib.

REAL

Digər xəbərlər
Bu gün
Dünən

Bütün xəbərlər