ABŞ-da məhkəmə binasında atışma olub

ABŞ-da məhkəmə binasında atışma olub

ABŞ-ın Konnektikut ştatının Bricport şəhərinin məhkəmə binasında atışma olub.

“Report” xəbər verir ki, bu barədə məhkəmə aparatının əməkdaşına istinadən “New York Post” qəzeti bildirib.

Məlumata görə, atışma nəticəsində 4 nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya çatdırılıb, onların həyatı üçün təhlükənin olmadığı bildirilir.

Hadisəni tərədən cinayətkarların tutulması barədə hələ heçnə məlum deyil.

"Konnektikut ştatının polisi Bridjport şəhərinin polisinə məhkəmə binasında olmuş atışma hadisəsinin araşdırılmasında yardım göstərir", - ştat polisinin mətbuat xidmətinin “Twitter”də yerləşdirilmiş xəbərində deyilir.

REAL

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə