Samir Əliyev: “Bu toplanış komandanın xeyrinə oldu”

Samir Əliyev: “Bu toplanış komandanın xeyrinə oldu”

Bu sözləri Azərbaycanın U-19 komandasının baş məşqçisi Samir Əliyev deyib.

REAL  affa.az-a istinadən xəbər verir ki, millinin baş məşqçisi Samir Əliyev Şimali Makedoniya qalibiyyətindən sonra açıqlama verib.

“10 günlük təlim-məşq toplanışında sonuncu oyunumuz idi. Şimali Makedoniya yığması ilə ilk qarsılaşmadan fərqli olaraq, bu dəfə əsas heyətdə yeddi dəyişiklik etmişdik. Sevindirici haldır ki, məğlub olmağımıza baxmayaraq, uşaqlar əzmkarlıq nümayiş etdirib, sonda qələbə qazandılar. Ümumi toplanışa gəlincə, bundan maksimum yararlanmağa çalışdıq. Fikrimcə, toplanış bizim xeyrimizə oldu. Qazaxıstanla qarşıdakı oyunlara hazırlaşırıq. Həmin toplanışa 4-5 yeni futbolçu çağırmağı planlaşdırırıq. Çempionatın oyunlarını izləyəcəyik. Millinin qapısı ilk növbədə nizam-intizamı ilə seçilən, bu formanı geyinməyə layiq olan bütün futbolçuların üzünə açıqdır”.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə