Tramp və Netanyahu Fələstin-İsrail münaqişəsinin razılaşdırılma planını müzakirə ediblər

Tramp və Netanyahu Fələstin-İsrail münaqişəsinin razılaşdırılma planını müzakirə ediblər

ABŞ prezidenti Donald Tramp Ağ Evdə İsrailin baş naziri Binyamin Netanyahu ilə görüşüb.

“Report” xəbər verir ki, bu barədə Ağ Ev mətbuat katibinin müavini Cadd Dir bildirib.

O, qeyd edib ki, görüşdə “Əsrin sazişi” adlandırılan Fələstin-İsrail münaqişəsinin razılaşdırılması planı müzakirə edilib.

"Bu gün (bazar ertəsi) prezident Donald Tramp İsrailin baş naziri Binyamin Netanyahu ilə görüşüb. Liderlər prezidentin Yaxın Şərq nizamlanması üzrə planını, həmçinin əhəmiyyətli ikitərəfli və regional məsələləri müzakirə edərək məhsuldar görüş keçirdilər", - bəyanatda qeyd edilir.

Daha əvvəl ABŞ lideri bildirib ki, Ağ Ev yerli vaxtla çərşənbə axşamı günorta nizamasalma üzrə planı elan edəcək. Tramp qeyd edib ki, Netanyahu ABŞ-ın təşəbbüsünü dəstəkləyib. Vaşinqton administrasiyası başçısının fikrincə, Fələstin tərəfi də gələcəkdə onu dəstəkləyəcək. Bundan başqa, prezidentin iddiasına görə, "bir çox ərəb ölkələri" planı dəstəkləyir.

REAL

Digər xəbərlər
Bu gün
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə