Qələbə günü - VİDEO

Qələbə günü - VİDEO
Hər 3 şahmatçımız turu qələbə ilə başa vurub

Cəbəllütariqdə beynəlxalq şahmat festivalının "Masters" turniri davam edir. Yarışda yeddinci turunun oyunları reallaşıb. Ölkəmizi təmsil edən hər 3 şahmatçımız günü qələbə ilə başa vurub.

Qrossmeysterimiz Şəhriyar Məmmədyarov ukraynalı Anna Muzıçuku mat qoyub. Vasif Durarbəyli argentinalı Ernesto Real De Azuaya qalib gəlib.

Günay Məmmədzadə isə ispaniyalı Qarsiya Martin Martadan üstün olub. Beləliklə də, 7 oyuna 5 xal hasil edən Məmmədyarov 17-ci pillədə qərarlaşıb. Yarım xal az toplayan Durarbəyli 37-ci yerdədir. Aktivində 4 xal olan Məmmədzadə isə yarış cədvəlinin 101-cisidir. Bu gün turnirdə 8-ci turun görüşləri keçiriləcək. Şahmat festivalının mükafatçıları yavnarın 30-da müəyyənləşəcək.

Digər xəbərlər
Bu gün
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə