Ukraynanın bir neçə orta məktəblərində 10-15 günlük karantin elan edilib

Ukraynanın bir neçə orta məktəblərində 10-15 günlük karantin elan edilib

Ukraynanın 10-a yaxın vilayətinin orta məktəblərində qrip və kəskin respirator virus infeksiyasının yayılmasına görə karantin elan edilib.

AZƏRTAC xəbər verir ki, artıq Volın, Odessa, Luqansk, Jitomir, Rivnə, Sumı, Zaporijya və Vinnitsyanın bir çox orta məktəblərində karantin elan edilib. Karantinin müddəti 10-15 gündür, lakin ölkədə qrip epidemiyasının vəziyyətindən asılı olaraq bu müddət uzadıla bilər. Qrip epidemiyasına görə dərs davamiyyəti aşağı düşən digər vilayətlərdəki orta məktəblərdə karantinin elan ediləcəyi gözlənilir.

Ukraynada isə yeni epidemioloji mövsümdə qripdən həlak olanların ümumi sayı 13 nəfərə çatıb.

REAL

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə