Çində koronavirusdan ölənlərin sayı 106 nəfərə çatıb - YENILƏNİB

Çində koronavirusdan ölənlərin sayı 106 nəfərə çatıb - YENILƏNİB

Çində koronavirusa yoluxanların sayı artıb.

Bu barədə “Report” “Sinxua”ya istinadən xəbər verir.

Qeyd edilir ki, virusa yoluxanların sayı 4515 nəfərə çatıb.

Daha əvvəl “Vani” portalı Çin regionlarının məlumatına əsasən virusa yoluxanların sayının 4477 nəfərə çatdığını, 106 nəfərin öldüyünü xəbər verib.

“Agence France-Presse” isə bildirib ki, ötən gün Hubey əyalətində yeni pnevmaniyadan daha 24 nəfər həlak olub. Həmçinin virusa 1291 yeni yoluxma hadisəsi qeydə alınıb. 

 

***05:12

Çində koronavirusa yoluxanların və bundan həyatını itirənlərin sayı artıb.

REAL TASS-a istinadən məlumat verir ki, yeni növ koronavirusdan ölənlərin sayı 82-ə, virusa yoluxanların sayı isə 2857-ə yüksəlib.

Uhan şəhərində 1423 nəfərdə, Quandunda 151 nəfərdə, Çjeszyan və  Henan şəhərlərinin hər birində 128 nəfərdə, Pekində 80 nəfərdə və Xeylunszyanda isə 21 nəfərdə bu xəstəliyə yoluxma faktı qeydə alınıb.

 

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə