AFFA-nın prezidenti seçildi - VİDEO, YENİLƏNİB, 2

AFFA-nın prezidenti seçildi - VİDEO, YENİLƏNİB, 2
R.Abdullayev növbəti 4 il üçün AFFA-nın prezidenti seçildi

AFFA-nın növbəti konfransı keçirilib.

Tədbirdə ötən ilin hesabatı verilib və qurumun prezidenti vəzifəsinə seçkilər reallaşıb. İcraiyyə Komitəsi üzvlərinin sayı isə 12-yə çatdırılıb. Toplantıda Gənclər və İdman naziri Azad Rəhimov, FİFA və UEFA nümayəndələri və AFFA-nın 35 nümayəndəsi iştirak edib.

2019-cu ilin hesabatından sonra AFFA-nın növbəti 4 il üçün prezidenti seçilib.

Bu posta yeganə namizəd Rövnəq Abdullayev 4-cü dəfə qurumun rəhbəri vəzifəsinə layiq görülüb. Bundan sonra AFFA-nın İcraiyyə Komitəsinin 12 üzvü seçilib. Bunlar İsgəndər Cavadov, Kazbek Tuayev, Elxan Məmmədov, Zaur Axundov, Rauf Əliyev, Vaqif Sadıqov, Elşad Nəsirov, Fərid Mansurov, Firudin Qurbanov, Mahir Məmmədov, Elmar Məmmədyarov və Könül Mehtiyevadır.

Bundan sonra İcraiyyə Komitəsinin iclası təşkil olunub. Burada əsasən futbol üzvrə milli komandanın baş məşqçisi postuna namizədlər müzakirə olunub.

AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov Azərbaycan milli komandasının baş məşqçi postuna 32 namizədin olduğunu bildirib. Hələ heç bir namizədlə danışıqların aparılmadığını deyən Məmmədov, İcraiyyə Komitəsinin növbəti iclasınadək bu sayın 15-ə endiriləcəyini və nəticədə yekun qərarın qəbul olunacağını əlavə edib. İcraçı-vitse-prezident növbəti iclasın gələn ay keçiriləcəyini söyləyib.

 

***

12:24

Bu gün AFFA-nın növbəti konfransı keçirilib.

Konfransda qurumun 35 nümayəndəsinin hamısı iştirak edir. Konfransa FİFA və UEFA nümayəndələri də təşrif buyurublar.

Konfransa müzakirə olunan əsas məsələlərdən biri növbəti 4 il üçün AFFA-da prezidentin kim olacağı müəyyənləşməli idi. AFFA prezidenti vəzifəsinə Rövnəq Abdullayev yeganə namizəd olub. Rövnəq Abdullayev yekdilliklə 2024-cü ilə qədər AFFA-nın prezidenti vəzifəsində qalıb.

 

***

10:20

Bulvar otelində AFFA-nın XXVIII Növbəti Konfransı işə başlayıb. 

"Report"un məlumatına görə, tədbirdə ötən ilin hesabatı veriləcək və seçkilər keçiriləcək.

AFFA prezidenti vəzifəsinə Rövnəq Abdullayev yeganə namizəddir. İcraiyyə Komitəsi üzvlərinin sayı isə 13-ə çatdırılıb. Toplantıda Gənclər və İdman naziri Azad Rəhimov, FİFA və UEFA nümayəndələri iştirak edirlər.

Nazir çıxışında konfrans iştirakçılarını salamlayıb. O, idmana dövlət qayğısını xüsusi vurğulayaraq, futbolun hamı tərəfindən sevildiyini bildirib. A.Rəhimov xüsusən Avropa Liqasının final matçının Bakıda keçirildiyini və bu il AVRO-2020-nin dörd oyununun Azərbaycan paytaxtında təşkil olunacağını vurğulayıb. O, AFFA-nın ölkədə kütləviliyin inkişafı istiqamətində gördüyü işləri xüsusi qeyd edərək, nazirliyin də bu işdə əlindən gələn dəstəyi verdiyini söyləyib.

A.Rəhimov bütün namizədlərə uğurlar arzulayıb. O, Tokio-2020 Yay Olimpiya Oyunlarında Azərbaycan idmançılarına futbolçuların da dəstək olacağına ümidvar olduğunu bildirib.

AFFA-nın baş katibi Elxan Məmmədov konfransda 35 nümayəndənin hamısının iştirak etdiyini söyləyib.

REAL

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə