Karateçilər mükafatlandırıldı - VİDEO

Karateçilər mükafatlandırıldı - VİDEO
İdmançılar 2019-cu ildə 185 qızıl, 103 gümüş, 176 bürünc medal qazanıb

Azərbaycan Karate-do Federasiyaları Assosiasiyası 2019-cu ilin yekunlarına dair tədbir keçirib. Burda ötən il idmançı, məşqçi və hakimlər əldə etdikləri nailiyyətlərə uyğun olaraq mükafatlandırılıblar. Geridə qoyduğumuz 12 ay ərzində Dünya və Avropa çempionu Arif Məmmədovun rəhbərliyi altında 11 yarışda qüvvəsini sınayan idmançılar 464 medal qazanıblar. Onlardan 185-i qızıl, 103-ü gümüş, 176-ı isə bürünc mükafatdır. 2018-ci illə müqayisədə medalların sayında kifayət qədər artım olduğunu deyən Arif Məmmədov, 2020-ci ildəki planlarından danışıb.

Mükafatlara gəlincə. “İLİN ƏN YAXŞI KİŞİ İDMANÇISI” adına Elton Əliyev layiq görülüb. 2019-cu ili 7 qızılla başa vuran Cansu Əhmədzadə “İLİN ƏN YAXŞI QADIN İDMANÇISI” nominasiyasında 1-ci olub.

“İLİN BAŞ MƏŞQÇİSİ” Əli Rəcəbov, “İLİN MƏŞQÇİSİ” Azər Aslanov, “İLİN HAKİMİ Elşən Xamoyevlə Elnurə Ramazanova, “İLİN REGİONU” isə Sumqayıt şəhəri seçilib. Bundan başqa, Ülvü Qurbanov, Bəxtiyar Rzayev və Adil Həsənov Gənclər və İdman nazirliyi tərəfindən “Azərbaycan Respublikasının idman ustası”, Elşən Xamoyev isə “əməkdar məşqçi” adına layiq görülüb.

REAL

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə