Ruhumuzu oxşayan şair - VİDEO

Ruhumuzu oxşayan şair - VİDEO
Vaqif Səmədoğlunun ölümündən 5 il ötür

“Hər oxuyan Molla Pənah olmaz” deyiblər.

Hər şair də Vaqif olmur.

Nə Molla Pənah Vaqif, nə Səmədoğlu Vaqif...

Vaqif Səmədoğlu 1939-cu ilin, iyunun 5-də Bakı şəhərində, böyük şair Səməd Vurğunun ailəsində dünyaya gəlib.

Bülbül adına musiqi məktəbində, Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasında təhsilini davam etdirib.

Azərbaycan Sovet Ensiklopediyası Baş Redaksiyasında İncəsənət redaksiyasının müdiri, 1992-1994-cü illərdə isə “Oğuz eli” qəzetinin baş redaktoru vəzifəsində çalışıb.

Şairin yaradıcılığı da yaşadığı dünya qədər işıqlı, təmiz və zəngindir...

Onun “Yoldan teleqramlar”, “Mən burdayam, İlahi”, “Uzaq yaşıl ada”, “Gürzəçöl yazıları” kimi kitabları oxucuları tərəfindən sevilir...

Allah, Azadlıq, Tənhalıq, Ölüm-Vaqif Səmədoğlu poeziyasının əsas mövzuları olub.

Yaradıcılığa ilk gəldiyi gündən Allahla dərdləşən Vaqif şeirlərində oxucularına insanla Allahın necə doğma olmasını əyani sübut edib...

Həyat yoldaşı Nüşabə xanım deyir ki, Vaqif Səmədoğlunun ruhu bu otaqda yaşayır. Elə ona görə də Vaqif və qardaşı, Yusif Səmədoğlunun yeniyetməlik dövrlərinin keçdiyi otaqda onların guşələrini yaradıb.

Vaqif Səmədoğlu təkcə ədəbiyyatda yox, siyasətdə də milyonların önündə olub. 80-ci illərin sonu, 90-cı illərin əvvəllərinə qədər Vaqif Səmədoğlu milli azadlıq hərəkatının liderlərindən biri kimi Azadlıq Meydanında insanların qarşısına çıxıb.

Vaqif Səmədoğlunun cismani ölümündən 5 il keçir. Bu səni unutmayanların yaddaşına verilən əla qiymətidir. Ruhumuza oxşamayan, ruhumuzu oxşayan şair, ədəbiyyatın ağır, əbədi yatağın yüngül olsun.

REAL

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə