135 yaşlı qəzalı bina - VİDEO

135 yaşlı qəzalı bina - VİDEO
11 ailə yaşadığı qəzalı binadan köçürüləcək

Birinci qrup gözdən əlil Rafiq Əliyev.. O 100-dən çox yaşı olan ikimərtəbəli binanın elə ikinci mərtəbəsində yaşayır. Əgər buna yaşamaq demək olarsa...

O, hər gün gördüyünüz bu istismar müddətini artıq çoxdan başa vurmuş dəmir pillələri qalxmaq məcburiyyətindədir.

Rafiq 20 ildir ki, 1885-ci ildə tikilən bu köhnə, nəmişlikdən uçulub-dağılmaqda olan binada yaşayır. Paytaxtın Suraxanı rayonu Xanlar Ələkbərov 72 ünvanında yerləşən binada hazırda Rafiqin ailəsi ilə yanaşı 11 ailə də yaşayır.Bina qəzalı olduğundan əvvəllər burada məskunlaşan məcburi köçkün ailələri köçürülüb.Lakin bu xoşbəxtlik digər 11 ailyə nəsib olmayıb. Çarəsizlikdın həyatını təhlükəyə atıb hər an uça biləcək binada yaşayan sakinlər indi nə edəcəklərini bilmirlər.

Baxmayaraq ki, bundan əvvəl məsələ il bağlı dəfələrlə aidiyyatı qurumlara müraciət ediblər.Amma heç bir nəticəsi olmayıb.Özləri demiş gözdən qulaqdan uzaq qalıblar.Binanın divarlarında və tavanında yaranan çatlardan ayrılan beton qırıntıları sakinlərin başlarına tökülür.Və dəfələrlə belə kiçik lakin təhlükəli hadisədən sakinlərin əksəriyyəti xəsarət alıb.

Hazırda ən təhlükəlisi isə mərtəbələr arasında yerləşən betonun aşınmasıdır ki, nəticədə də ikinci mərtəbənin koridorundan keçmək belə müşkülə çevrilib. Sakinlərin sözlərinə görə hətta bir neçə gün əvvəl ikinci mərtəbəyə qalxan pilləkanların divardan ayrılması sakinlərdən birinin həyatını itirməsinə səbəb olacaqdı.

Binanın qəzalı vəziyyətdə olmasından ən çox əziyyət çəkən də burada yaşayan əlillərdir.


Məsələ ilə bağlı Suraxanı rayon icra hakimiyyətinə üz tutduq. Vəziyyətdən xəbərdar olduğunu deyən İcra hakimiyyətinin şöbə müdiri Bərxudar Bərxudarov adıçəkilən bianın təmir olunması mümkünsüzdür.

Görünür Suraxanı rayonu Xanlar Ələkbərov 72 ünvanında yerləşən bina sakinləri hələ bir müddət də gözləməli olacaqlar.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə