Enişli-yoxuşlu yollar - VİDEO

Enişli-yoxuşlu yollar - VİDEO
Qəsəbədaxili küçələrin təmiri mərhələli şəkildə həyata keçirilir

Bura paytaxtın Sabunçu rayonu Ramana qəsəbəsi ərazisində salınan yeni yaşayış massividir. Buraya yağış yağan kimi qəsəbə daxili küçə və yollar bu vəziyyətə düşür. 2003-cü ildə tikilən bu qəsəbə 160 məcburi köçkün ailəsi üçün nəzərdə tutulub. Sakinlər bildirir ki, qəsəbə salınan zaman yaşayış massivində asfalt çəkilib, lakin sonradan yeni su xəttinin çəkilməsi ilə əlaqədar küçələr qazılıb və təmir olunmayıb. Onların sözlərinə görə qışın gəlməsi ilə onların qara günləri başlayır belə ki yollarda su gölməçələri və çalalar yaranır ki, bu da həm piayada həm maşınların gediş gəlişini çətinləşdirir.

Sakinlər bildirir ki, yağış yağması nəticəsində keçilməsi müşkül olan küçələrdən şagirdlər məktəbə getməkdə çətinlik çəkirlər.

Məsələ ilə bağlı Sabunçu rayon icra hakimiyyətinə üz tutduq, oradan bizə bildirdilər ki, qəsəbə daxili yolların çəkilməsi ilə bağlı işləri AAYDA həyata keçirir.

AAYDA-nın mətbuat katibi Anar Nəcəfli bildirdi ki, yol infrastrukturunun yaradılması yerli icra orqanları tərəfindən həyata keçirildiyinə görə AAYDA-nın balansında qəsəbədaxili yolların çəkilməsi nəzərdə tutulmayıb. Lakin ötən ildən etibarən ölkə başçısının AAYDA-nın qarşısında qoyduğu tapşırığa əsasən müxtəlif ətraf qəsəbədaxili yolların işlərinə başlanılıb.

Anar Nəcəfli bildirir ki, hazırda Bakıətrafı 60 qəsəbə üzrə 2300 km küçə və yolun təmirə ehtiyacı var.

REAL

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə