Muğanlı-İsmayıllı avtomobil yolu planı - VİDEO

Muğanlı-İsmayıllı avtomobil yolu planı - VİDEO
Yolun yenidən qurulması ilə bağlı təkliflər hazırlanıb

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Muğanlı-İsmayıllı avtomobil yolunun yenidən qurulması ilə bağlı təkliflər hazırlayıb.

Təkliflər təsdiqləndikdən sonra yolda təmir işlərinə başlanılacaq.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirildi ki, yenidənqurma işləri zamanı yolda nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılmayacaq və qismən məhdudlaşdırılma ilə kifayətlənəcək.

Qeyd edək ki, ötən ilin oktyabrında Muğanlı-İsmayıllı avtomobil yolundakı vəziyyətlə bağlı Prezident İlham Əliyev Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədova tapşırıqlar vermişdi.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə