Uxanda 7 azərbaycanlı qalıb - VİDEO

Uxanda 7 azərbaycanlı qalıb - VİDEO
Çindəki Səfirliyimiz vətəndaşlarımızla mütəmadi əlaqə saxlayır

Çində yaşayan azərbaycanlılar arasında təhlükəli koronavirus xəstəliyinə yoluxan aşkar olunmayıb.

Bu virusun ocağı sayılan Xubey vilayətinin Uxan şəhərində hazırda 7 vətəndaşımız qalmaqdadır.

Onların vəziyyəti və şəhərdən çıxarılması istiqamətində danışıqlarla bağlı REAL TV-nin suallarını cavablandıran Azərbaycanın Çindəki səfiri Əkrəm Zeynallı vətəndaşlarımızı təşvişə düşməməyə çağırdı:

Qeyd edək ki, koronavirusun yeni növünün episentri sayılan Uxan şəhəri hazırda tamamilə təcrid olunub, virusun yayılmasının qarşısını almaq məqsədilə artıq 6 gündür şəhərə giriş-çixiş bağlanıb. Xubey vilayətinin digər şəhərlərində də virusla əlaqədar karantin elan olunub.

Səfir Əkrəm Zeynallının sözlərinə görə, həmin şəhərlərdə qalan azərbaycanlılarla da müntəzəm əlaqə saxlanılır:

Qeyd edək ki, ümumi hesablamalara əsasən hazırda Çində iki mindən çox azərbaycanlının yaşadığı bildirilir.

Təhlükəli virusla bağlı son məlumata görə Çində 4599 nəfər koronavirusa yoluxub. 106 nəfər ölüb. Virusa yoluxma şübhəsi ilə 6973 nəfər isə karantin vəziyyətində nəzarətdə saxlanılır.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə