Koronavirusa qarşı profilaktika - VİDEO

Koronavirusa qarşı profilaktika - VİDEO
Azərbaycanda dövlət qurumları koronavirusla bağlı toplantı keçirdi

Koronavirus 2019-nCoV virusuna qarşı həyata keçiriləcək əks-epidemik tədbirlər ilə bağlı “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi"nin (TƏBİB)-in “İnfeksion xəstəliklərə nəzarət üzrə işçi qrupu”nun Dövlət Gömrük Komitəsinin rəhbər şəxsləri ilə birgə iclası keçirilib.

TƏBİB-dən REAL-a verilən məlumata görə, Qurumun İdarə Heyətinin sədri Ramin Bayramlı Koronovirusa qarşı Respublikanın sərhəd-keçid məntəqələrində və müalicə müəssisələrində təcili olaraq yerinə yetirilməli infeksion nəzarət tədbirlərindən danışıb.

İclasda sözügedən virusun dünyada və respublika səviyyəsində mövcud epidemioloji vəziyyəti barədə, virusun növləri, yayılma arealı, virusun xarici mühitdə davamlılığı, xəstəlikdən mövcud ölüm səviyyəsi barədə məlumat verilib.

Qeydə alına biləcək koronavirus infeksiyasına qarşı əks-epidemik tədbirlərin Səhiyyə Nazirliyi ilə koordinasiyalı əməkdaşlıq şəraitində həyata keçirilməsi, Respublikanın hər bir sərhəd-keçid məntəqəsində ölkəyə daxil olan yerli və əcnəbi vətəndaşların infeksiya barədə maarifləndirilməsi, hər bir sərhəd-keçid məntəqəsində ölkəyə daxil olan şəxslərin termal kameradan keçmələrinin təmin edilməsi, ÇXR-dən təyyarə ilə gələn sərnişinlərin isə məsafədən termometriya edilməsi, infeksiyaya şübhəli olan şəxslərin sərhəd-keçid məntəqələrinin karantin otaqlarında izolyasiya edilməsi, şübhəli hal barədə “103” təcili yardım xidmətinin məlumatlandırması, Bakı şəhərində yerləşən sərhəd-keçid məntəqələrində aşkar edilmiş şəxslərin həmin karantin otaqlarından “103” təcili yardım xidməti ilə daşınaraq xüsusi ayrılmış xəstəxanaların infeksion şöbələrinə yerləşdirilməsi, Respublikanın rayonlarında yerləşən sərhəd-keçid məntəqələrinə uyğun olaraq həmin rayonların Mərkəzi Rayon Xəstəxanalarının infeksion şöbələrində iki infeksion palatanın hazırlıq vəziyyətinə gətirilməsi barədə qərar qəbul edilib.

Tibb müəssisəsində sanitariya-gigiyena, əksepidemik rejimlərin tələblərinin yerinə yetirilməsi və dezinfeksiya tədbirlərinin həyata keçirilməsi işi gücləndirilib, kəskin respirator virus infeksiyasına şübhəli xəstələrin, xüsusən uşaqların və yaşlı əhalinin hospitalizasiyası üçün xüsusi palatalar ayrılıb:

Bu gün bütün dünyanın mübarizə apardığı koronavirusu Mütəxəssislər hətta kimyəvi və texniki silahdan belə daha təhlükəli təhdid vasitəsi hesab edirlər.

Çində bu virusa yoluxanların sayı təxminən 5000 nəfərə çatır. Xəstəlikdən ölənlərin sayı isə yüzü ötüb.

Koronavirus keçən əsrin axırlarında, daha dəqiq 1965-ci ildə aşkar olunub. Hazırda 39 növü olan bu virusun təxminən 8 növü insanlar arasdında yayılıb. Dünyada mövcud olan resperator virus infeksiyalarının 4-9 faizi bu virusların payına düşür. Respublikanın baş infeksionisti Cəlal İsayev deyir ki, koronavirusun törətdiyi xəstəliklər adətən ağır gedişə malik olmur, tezliklə sağalır və heç bir ağırlaşma vermir.

Koronaviruslar adətən iki yolla yoluxur: Hava-damcı və qida, su vasitəsi ilə mədə-bağırsaq yolu ilə. O ki qaldı bu virusun yayılma şəraitinə, baş infeksionist bunun ilin soyuq fəsillərində daha çox müşahidə olunduğunu deyir.

Cəlal İsayev deyir ki, virus infeksiyalarının əksəriyyətində müalicə tədbirləri effekt vermir və bu viruslara təsir edən hər hansı anti-viral preparat tapılmayıb. İnsanlar xəstələnərkən çox zaman anti-biotiklərdən istifadə edirlər. Həkim bunu yalnış addım hesab edir.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə