Koronavirusun qida təhlükəsi - VİDEO

Koronavirusun qida təhlükəsi - VİDEO
Bakıdakı Çin restoranlarında virus təhlükəsi yoxdur

Bakıda fəaliyyət göstərən Çin restoranlarında koronavirusla bağlı heç bir təhlükə yoxdur.

Bunu restoranlardan birinin sahibi Bao Li Cun deyir. O, restoranda təklif olunanan menyuda əsasən Çin yeməklərinin üstünlük təşkil etdiyini, lakin buna baxmayaraq ərzaqların Azərbaycandan alındığını söyləyir. Bu ərzaqlardan bişirilən yeməkləri isə müştərilərə çinli aşpaz təqdim edir.

"Burada bizdə qorxu yoxdur. Burada hamısı Çin yeməkləridir. Ərzaqların hamısını Bakıdan alıram. Toyuq əti, mal əti, qoyun əti, ördək əti, lafşa, düyü vəssalam."

13 ildir Azərbaycanda yaşayan, hətta burda azərbaycanlı xanımla ailə həyatı quran Bao Li Cun son illər ölkəmizə daha çox çinli turistin gəldiyini deyir. O, müştərilərinin yarısının azərbaycanlı, digər yarısının isə Çindən, Amerikadan, İngiltərədən və digər ölkələrdən gələn turistlər olduğunu deyir.

"Bizim restoran təmiz olduğu üçün bura Çin səfiri, Azərbaycanlı məşhurlar gəlir. Gələnlərin 50 faizi Azərbaycandan, qalan 50 faizi isə Çin, Amerika, London və digər ölkələrdən gələnlərdir."

Amma bütün bu deyilənlərə baxmayaraq Səhiyyə Nazirliyi əhalini Çin restoranlarına getməkdən çəkinməyə çağırıb.

Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin direktor müavini Afaq Əliyeva deyib ki, koronavirus xəstəliyi lokalizasiya olunana, geniş araşdırmalar aparılana qədər bu restoranlara getmək məsləhət deyil:

"Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) və Ümümdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən təhlükənin olmaması barədə məlumat veriləndən sonra insanlar rahat şəkildə bu restoranların xidmətlərindən istifadə edə bilərlər". 

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə