AAYDA-da kollegiya iclası - VİDEO

AAYDA-da kollegiya iclası - VİDEO
S.Məmmədov: "Prezidentin tapşırıqları uğurla yerinə yetirilib"

Ötən il “Tədbirlər Planı”na uyğun olaraq 1376.6 km uzunluğunda 56 layihə sona çatıb.

Bura 7 respublika əhəmiyyətli, 39 kəndlərarası, 10 Bakı şəhərinin qəsəbələrarası avtomobil yolu layihələri, 14 yeni körpünün və 7 piyada keçidinin tikintisi işləri daxildir.

Bunu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov ötən ilin yekunlarına və qarşıda duran vəzifələrin icrasına həsr olunan kollegiya iclasında deyib

Saleh Məmmədov Prezident İlham Əliyevin 2019-cu il 11 yanvar tarixində keçirilən Nazirlər Kabinetinin iclasında yol infrastrukturu ilə bağlı Agentliyi qarşısında qoyduğu konkret tapşırıqların uğurla yerinə yetirildiyini qeyd edib.

Bundan əlavə “Avtomobil Yolları” Məqsədli Büdcə Fondu vəsaiti hesabına uzunluğu 43.8 km olan 3 respublika əhəmiyyətli, uzunluğu 79.3 km olan 13 kəndlərarası avtomobil yolu layihəsi, habelə uzunluğu 197.6 km olan Bakı şəhər yollarının tikintisi, yenidən qurulması və təmiri işləri yerinə yetirib.

Qeyd olunub ki, yol infrastrukturunun təkmilləşdirilməsi, yeni körpülərin və yolayrıcılarının tikilməsi, magistral yolların salınması sosialyönümlü tədbirlər olmaqla yanaşı, ölkəmizin iqtisadi qüdrətinin nümayişi baxımından da mühüm əhəmiyyət kəsb edir. Məhz bunun nəticəsidir ki, Azərbaycan yol infrastrukturunun keyfiyyətinə görə bir çox inkişaf etmiş ölkələri qabaqlayır.

Saleh Məmmədov vurğulayıb ki, 2020-ci ildə ilkin mərhələdə 29 şəhər və rayonunda, habelə Bakı şəhərinin 12 rayonu ərazisində kənd və qəsəbə yollarının tikintisi və təmiri nəzərdə tutulub.

Bundan başqa cari ildə respublika əhəmiyyətli və magistral yolların da tikintisi davam etdiriləcək və bir çoxunda işlərin başa çatdırılması nəzərdə tutulub.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə