“Zeytun budağı” əməliyyatında üçüncü türk hərbçisi şəhid olub + VİDEO

“Zeytun budağı” əməliyyatında üçüncü türk hərbçisi şəhid olub + VİDEO
Mehmet Muratdağı Afrin yaxınlarında PKK-nın Suriya qolu olan PYD terrorçuları ilə silahlı qarşıdurmada yaralanıbmış.

Suriyanın şimalındakı Afrin bölgəsində həyata keçirilən “Zeytun budağı” əməliyyatında daha bir türk hərbçisi şəhid olub.

Bu barədə Türkiyə Silahlı Qüvvələri Baş Qərargahı məlumat yayıb. Bildirilib ki, "Zeytun budağı" əməliyyatının dördüncü günündə çavuş Mehmet Muratdağı Afrin yaxınlarında PKK-nın Suriya qolu olan PYD terrorçuları ilə silahlı qarşıdurmada yaralanıb və xəstəxanaya yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, yanvarın 20-dən Türkiyə Afrində “Zeytun budağı” əməliyyatına başlayıb. Terrorçuların mövqelərinə havadan zərbələr endirilib. Eyni zamanda Suriyanın müxalifətdən olan "Azad Suriya ordusu" qruplaşması bazar günü ölkənin şimalında yerləşən Afrin rayonunda genişmiqyaslı əməliyyatlara başlayıb. Türkiyə Baş Qərargahı Afrin bölgəsində "Zeytun budağı" əməliyyatı başladığını, hərbi əməliyyatda məqsədin bölgənin PKK terror təşkilatının Suriya qolu PYD/YPG, İŞİD və digər terror təşkilatlarından təmizləmək olduğunu bəyan edib.

Əməliyyata öncə Türkiyə Hərbi Hava Qüvvələrinin 72 ədəd “ F-16” təyyarəsi cəlb edilib. Türkiyə hərbçiləri “Azad Suriya ordusu” müxalifət birləşmələrilə birgə Suriyada məskunlaşan PKK, PYD və YPG terror təşkilatının silahlılarının məkanlarına zərbələr endiriblər.
Verilən məlumatlara görə, əməliyyatın ilk günü Türkiyə döyüşçüləri Afrinin 3.5 kilometrliyinə qədər irəliləyiblər. Hələlik terrorçular onlara güclü müqavimət göstərə bilməyiblər. Əməliyyatlar zamanı terrorçular çox sayda canlı qüvvə itiriblər. Türkiyə Silahlı Qüvvətləri isə bu gün üçüncü şəhidini verib.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər